Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu xətlərinin yenidən qurulmasının vacibliyini açıqlayıb.Yenifikir.media xəbər verir ki, Paşinyan Rusiya tərəfinə Yeraskh–Naxçıvan və Axurik–Türkiyə dəmir yolu xətlərinin təcili bərpası ilə bağlı müraciət edib. O, həmçinin Ermənistanın İcevan şəhəri ilə Azərbaycanın Qazax şəhəri arasındakı dəmir yolunun da qısa müddətdə yenidən inşa olunmasının gündəmə gətiriləcəyini deyib.

Baş nazir “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin Ermənistan–ABŞ ikitərəfli formatda nəzərdə tutulduğunu, üçüncü ölkələrin iştirakının yalnız bu çərçivədə müzakirə oluna biləcəyini vurğulayıb.Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir