Pakistan Baş naziri Şahbaz Şerif dünən elan olunan 48 saatlıq müvəqqəti atəşkəsin “mesaj” olduğunu və Kabil rəhbərliyi şərtləri yerinə yetirsə, müzakirələrə açıq olduqlarını bildirib.

Baş nazir vurğulayıb ki, Əfqanıstan ciddilik göstərsə, müzakirələr üçün addımlar atılacaq və bəzi ölkələr vasitəçilik edir. Atəşkəs yalnız zaman qazanmaq üçün edilsə, qəbul edilməyəcək.

Qeyd edək ki, iki ölkə arasında gərginlik 9 oktyabrda Pakistanın TTP qruplaşmasına qarşı Kabilə hava hücumları ilə başlayıb, sərhəddə toqquşmalar davam edib. Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə qısa müddətli sülh əldə olunub, lakin 14 oktyabrda gərginlik yenidən artıb.

Pakistan TTP-ni “terror təşkilatı” sayır və Əfqanıstanda fəaliyyət göstərdiyini bildirir. Əfqan rəhbərliyi isə qruplaşmanın ölkəsində aktiv olmadığını deyir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir