Nigeriya millisində zədələnən və bir müddət meydana çıxmayan Victor Osimhen yenidən “Qalatasaray”ın heyətinə daxil edilib.
Millidən zədəli dönən və Çempionlar Liqasındakı “Ayntraxt” matçında oynamayan Osimhen, Super Liqada “Alanyaspor”la görüşün iştirakçı siyahısına salınıb.
Baş məşqçi Okan Burukun qərarına görə, nigeriyalı hücumçu matçın gedişatından asılı olaraq meydana çıxa bilər.
Tibbi heyətin müsbət rəyindən sonra heyətə qaytarılan futbolçunun dönüşü “Qalatasaray” azarkeşləri üçün böyük moral olub. Osimhenin hücum xəttinə qatılması komandanın hücum gücünü artıracağı gözlənilir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

