Orta məktəblərdə şagirdlərin kitablarının çox olması əlavə problemlərə səbəb olur. Təhsil sistemində dəyişiklik edilməsinə ehtiyac var. Araşdırmalar göstərir ki, orta məktəb şahidlərinin əksəriyyətində skalyoz, onurğa problemləri var. Bunun da ilk səbəbi aşağı siniflərdən ağır məktəbli çantalarıdır. Həddən artıq proqramı və şahidləri yükləmək heç də fayda gətirmir. Təcrübə və reallıq onu deyir ki, əksəriyyət əlavə müəllim yanına gedir, hazırlıq kurslarına ehtiyac duyur. Çünki ağır tədris proqramı və yüklənmə orta məktəbdə şagirdlərin normal təhsil almasına mane olur. Çoxsaylı, böyük həcmli kitabları hər gün məktəbə daşımaq çox əziyyətlidir və uşaqların sağlamlığına da problem yaradır. Bu məsələ ilə bağlı mütəxəssislər mövcud narahatlıqları nəzərə alaraq uyğun yol tapmalıdırlar. Orta təhsildə yaranmış problemlərin ən öncülü ağır və yüklü çantaların şahidlərə zərər vurmasıdır. İkincisi isə çoxsaylı fənlərin tərkibində çətin və dolaşdırıcı məsələlərə yer verilməsidir. Burada sanki məqsəd şagirdi öyrətmək, təhsil vermək deyil, əksinə çaşdırmaq və həvəsdən salmaqdır. Odur ki, bu məsələ ətrafında müəyyən yeniliyə ehtiyac var.

Fəzlullah Əhməd
Bakı Avrasiya Kollecinin tələbəsi

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir