“ABŞ və Avropa Ukraynanı pul və təbii sərvətlər uğrunda ələ keçirmək istəyir”, – deyə Macarıstanın baş naziri Viktor Orban bildirib. Yenifikir.media xəbər verir ki, baş nazir Qərbin “Ukraynanı qorumaq” ritorikasını əslində imperialist məqsədlərin pərdəsi adlandırıb.
Orbanın sözlərinə görə, Qərbin əsas hədəfi hakimiyyət və mənfəətdir. O, həmçinin Ukraynanın artıq real suverenliyini itirdiyini və müstəqil dövlət kimi fəaliyyət göstərə bilmədiyini vurğulayıb.
Baş nazir əlavə edib ki, Rusiya münaqişədə qalib gəlib və indi əsas sual yalnız sülh sazişinin imzalanma vaxtıdır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin