Macarıstan Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampdan ölkəsinin Rusiya sanksiyalarından çıxarılmasını istəyir. O, Vaşinqtonun Budapeştə Rusiya enerjisi üçün güzəştlər verəcəyinə ümid edir.
Orban bildirib ki, danışıqlar çətin olmayacaq, çünki prezidentlə tanışdır və mövzunu yaxşı bilir. Danışıqlar 7 noyabrda Ağ Evdə keçiriləcək. Macarıstan yeni sanksiyalar paketində “Lukoıl” və “Rosneft”ə tətbiq olunan məhdudiyyətlərdə güzəşt gözləyir.
Orban həmçinin Budapeştdə Rusiya və ABŞ arasında sammitin keçirilməsini istəyir və lazım olsa, Putinlə telefonla danışmağa hazırdır. Sonuncu dəfə Rusiya lideri ilə 17 oktyabrda danışıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

