ABŞ Prezidenti Donald Tramp, Əfqanıstandakı Baqram hava bazasının geri alınması üçün addımlar atdıqlarını açıqlayıb. Yenifikir.media xəbər verir ki, Tramp bu barədə İngiltərəyə rəsmi səfəri çərçivəsində baş nazir Keir Starmerlə keçirdiyi mətbuat konfransında danışıb: “Ora bizə lazımdır, o bazanı geri istəyirik” – deyə vurğulayıb.
Onun sözlərinə görə, Baqram bazası Çinin nüvə silahları istehsal etdiyi ərazidən cəmi bir saatlıq məsafədə yerləşir.
Tramp həmçinin Co Bayden administrasiyasını Əfqanıstandan “bacarıqsız şəkildə” çıxmaqda ittiham edib və milyardlarla dollar dəyərində hərbi texnika ilə silahların orada qaldığını xatırladıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin