Sabiq deputat Tofiq Hüseynliyə ithaf olunmuş “Ömür kitabını vərəqləyərkən” kitabı işıq üzü görüb. Kitabın tərtibçi müəllifi Əməkdar jurnalist Eyruz Məmmədovdur. Redaktoru Arif Ərşad, korrektorları isə Leyla Xan və Nərmin Eyruzqızıdır.
Kitabda 1952-ci ildə Qubadlı rayonunun Qundanlı kəndində anadan olmuş Tofiq Gülmalı oğlu Hüseynlinin xeyriyyəçilik fəaliyyəti, vətənpərvərliyi, ictimai-siyasi missiyası, Sumqayıt şəhərində gerçəkləşdirdiyi xeyirxah işlər haqqında ziyalıların ürək sözləri toplanıb.
Nəşrdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Arzum budur, ömrün, günün ağ olsun” sərlövhəli məqaləsi və şeiri də yer alıb. Həmçinin digər ziyalılardan şair Əşrəf Veysəllinin, professor Rafiq Yusifoğlunun və başqalarının Tofiq Hüseynliyə həsr olunmuş məqalələrinə də yer verilib.
Gülnar Səma
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin