Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Bakıda vətəndaşlarla növbəti görüşünü keçirib.
Ombudsman hər bir müraciətçi ilə fərdi söhbət aparıb, bəzi məsələlərin dərhal həlli üçün yerində tədbirlər görülüb. Daha ətraflı araşdırma tələb edən məsələlər isə müvafiq dövlət orqanlarına yönləndirilərək qanunvericiliyə uyğun həll ediləcək.
Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib və müraciətlərin daha sürətli və rahat şəkildə qəbul olunması üçün “916” Çağrı Mərkəzi, elektron poçt, poçt, faks və sosial şəbəkələr vasitəsilə də müraciətlərin göndərilə biləcəyi bildirilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir