Rusiyanın tanınmış idmançısı, SSRİ gimnastı, Olimpiya çempionu, Olqa Karasyova 77 yaşında vəfat edib. Yenifikir.media xəbər verir ki, bu barədə Rusiya Gimnastika Federasiyası məlumat yayıb.

Olqa Karasyova 1968-ci ildə Olimpiya çempionu, 1969-cu ildə Avropa çempionatında beş medal , sərbəst hərəkətlərdə də qızıl medal əldə edib. 1970-ci ildə dünya çempionatında komandada birinci, sərbəst hərəkətlərdə isə gümüş medal qazanıb. 1966-cı ildə isə komanda yarışında dünya çempionatının gümüş medalını qazanıb.

Karyerasını başa vurduqdan sonra Olqa Karasyova beynəlxalq kateqoriyalı hakim kimi çalışıb. Rusiyada Olimpiya hərəkətinin inkişafına verdiyi töhfələrə görə dəfələrlə fəxri nişanlarla təltif olunub.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir