UEFA Çempionlar Liqasının ilk oyununda “Qalatasaray” səfərdə “Ayntraxt Frankfurt”a 5:1 hesabı ilə məğlub olub.
Baş məşqçi Okan Buruk matçdan sonra açıqlamasında bildirib ki, komanda yaxşı başlamasına baxmayaraq, hakim səhvləri və fərdi xətalar nəticəyə təsir edib:
“Barışın qolunu saymadılar. 3:1 öndə ola bilərdik, amma fasiləyə geridə yollandıq. İkinci hissədə oyunu buraxdıq və çox səhv etdik.”
Okan Buruk həmçinin məsuliyyəti üzərinə götürüb:
“Nəticənin məsuliyyəti mənimdir. Bu yalnız ilk oyundur, qarşıda hələ 7 matç var. İlk 24-lüyə qalacağımıza inanıram.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

