2026-cı il üçün nəzərdə tutulan ilk panel müzakirələri Oğuz və Qax rayonlarında təşkil olunub. Regionlarda sahibkarlıq və aqrar sektorun problemlərinin müzakirəsinə yönələn bu təşəbbüs yerli iştirakçıların böyük marağına səbəb olub.Tədbirlərdə fermerlər, sahibkarlar və ekspertlər bir araya gələrək sahənin aktual məsələlərini müzakirə ediblər. Məqsəd bölgələrdə fəaliyyət göstərən biznes subyektlərinin qarşılaşdığı çətinlikləri gündəmə gətirmək, praktiki həll mexanizmlərini formalaşdırmaqdır.Panel müzakirələrinin təşkilində Real Analitik Təhlil Mərkəzi və Azərbaycan Biznes Mərkəzi Klubu fəal iştirak edib. Qax rayonunda keçirilən tədbirin materialları Real TV-nin “Fermerin Real Dostu” proqramında yayımlanacaq.Eyni zamanda, Azərbaycan Biznes Mərkəzi Klubunun dəstəyi ilə panel müzakirələri barədə Araz FM radiosunda canlı yayımlar təşkil olunacaq. Bu format vasitəsilə regionlarda aparılan müzakirələrin daha geniş auditoriyaya çatdırılması hədəflənir.Təşkilatçılar bildiriblər ki, növbəti mərhələdə panel müzakirələrinin Quba və Qusar rayonlarında keçirilməsi planlaşdırılır. Məqsəd təşəbbüsü ölkənin digər bölgələrinə də yaymaq və regional biznes dialoqunu gücləndirməkdir.Layihənin regionlarda sahibkarlığın inkişafına, fermerlərin məlumatlandırılmasına və yerli iqtisadi fəallığın artmasına töhfə verəcəyi gözlənilir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir