Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsinin olmadığı açıqlanıb.

Şirkətdən bildirilib ki, yalnız rəsmi kanallar vasitəsilə elan olunan aksiyalar, lotereyalar və kampaniyalar “OBA”ya məxsusdur. Rəsmi səhifələrdə paylaşılmayan heç bir məlumat həqiqi hesab edilmir.

Müştərilərə şübhəli hallarla qarşılaşdıqda ehtiyatlı olmaları tövsiyə olunur. Belə ki, vətəndaşlar şübhəli linklərə daxil olmamalı, rəsmi mənbələrdə yer almayan məlumatlara inanmamalı və dolayı yollarla yayılan elanlara qarşı diqqətli olmalıdırlar.

“OBA” Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını vurğulayaraq, müştərilərin təhlükəsizliyinin şirkət üçün prioritet olduğunu qeyd edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir