Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Sinop və Trakya bölgələrində qurulması planlanan nüvə elektrik stansiyaları ilə bağlı Kanada mərkəzli AtkinsRealis şirkətinin rəhbəri və heyəti ilə görüşüb.
Bayraktar bildirib ki, görüşdə iki tərəf nüvə stansiyalarının qurulması üçün əməkdaşlıq imkanlarını və CANDU texnologiyasının tətbiqini müzakirə edib. Hər iki tərəf texniki işlərin başlanmasına qərar verib.
Nazir əlavə edib ki, Türkiyə böyük nüvə stansiyalarının qurulması üçün dünyanın qabaqcıl şirkətləri ilə danışıqlarını davam etdirir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

