Azərbaycanın əmlak sahəsində növbəti ilin ilk hərracı 2026-cı il yanvarın 29-da keçiriləcək. Hərraca Sumqayıt şəhəri “Sumqayıt” gil yatağı, Göyçay rayonu “Göyçay” qum-çınqıl yatağı, Ağsu rayonu “Ağsuçay” qum-çınqıl yatağı, Ağdam rayonu “Şelli” və “Burundağ” üzlük daşı yataqları, həmçinin İmişli rayonu “Bəhrəmtəpə II” qum-çınqıl yataqları çıxarılacaq.
Hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər Agentliyə müraciət edə bilərlər.
Əlaqə ünvanı: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31. Telefon: 0125970168 (daxili: 5005), Mobil: +994552772337.
Qeyd edək ki, sənəd qəbulu hərraca 5 iş günü qalmış başa çatır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

