ABŞ-li sprinter Noah Lyles Tokioda keçirilən Dünya Atletizm Çempionatında 200 metr məsafədə ardıcıl dördüncü dəfə qızıl medal qazandı və Usain Bolt-dan sonra bu uğuru təkrarlayan ilk atlet kimi tarixə düşüb.
Yarışda Lyles 19,52 saniyəyə birincilik qazanıb . İkinci yer Kenny Bednarek (19,58), üçüncü yerə isə Bryan Levell (19,64) sahiblənib. Levell Yamayka üçün 2015-ci ildən bəri 200 metr məsafədə ilk medalı qazanıb.
Qeyd edək ki, Lyles 2019-dan bəri bütün Dünya Çempionatlarında qızıl medal qazanıb, Olimpiadada isə 2021-ci il Tokioda bürünc, 2024-cü il Parisdə gümüş medal əldə edib. O, 2027-ci ildə beşinci dəfə dünya çempionu olmağı hədəfləyir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

