Venesuela prezidenti Nikolas Maduro ABŞ-da saxlanıldığı həbsxanada özü və həyat yoldaşı Siliya Floresin vəziyyətinin yaxşı olduğunu bildirib. Rusiyalı politoloq Malek Dudakov Maduronun ABŞ-da məhkəmə qarşısına çıxacağını və Donald Trampın onu əfv etməsinin çətin olduğunu deyib. Bununla belə, bəraət ehtimalı istisna edilmir. Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov isə Maduronun həyat yoldaşının ərinin yanında qalmaq qərarını özü verdiyini açıqlayıb.
Qeyd edək ki, 2025-ci ilin dekabrında Vatikan Maduronun vəzifədən dinc yolla getməsi və onun Rusiyada siyasi sığınacaq alması məsələsini müzakirə edib/yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

