Türkiyənin Niğdə şəhərində qəfil başlayan leysan yağış və güclü külək Selçuk məhəlləsində qorxulu anlara səbəb olub.
Güclü küləyə tab gətirməyən nəhəng iydə ağacı kökündən qoparaq park edilmiş avtomobilin üzərinə aşıb.
Hadisə Selçuk məhəlləsi Zümrüt küçəsində baş verib Məlumata görə, leysan yağış və şiddətli küləkdən sonra yaşayış binasının qarşısında yerləşən ağac kökündən qoparaq avtomobilin üzərinə düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları göndərilib. Ağacın götürülməsi üçün işlərə başlanılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə maddi ziyan dəyib
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

