İsrail Baş naziri Benyamin Netanyahu, Çin və Qətərin Qərb mətbuatı və sosial media vasitəsilə ölkəsini “siyasi blokadaya almağa” çalışdığını iddia edib.
Yenifikir.media bildirir ki, qərbi Qüdsdə ABŞ-dan 250 siyasətçinin iştirak etdiyi tədbirdə danışan Netanyahu, Çin və Qətərin müttəfiqlərin dəstəyini zəiflətmək üçün kampaniya apardığını bildirib. O, bu cəhdlərin İranın dəstəklədiyi qüvvələr tərəfindən təşkil olunduğunu və İsrailin buna qarşı mübarizə apardığını vurğulayıb.
Baş nazir əlavə edib ki, İsrail siyasi təzyiqlərə qarşı tədbir görəcək və həm ABŞ, həm də digər müttəfiqlərin dəstəyi ilə bu blokadanı tezliklə dəf edəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin