İsrail Baş naziri Benyamin Netanyahu, Qəzza şəhərinin işğalı qərarından sonra ilk dəfə xarici jurnalistlərlə görüşdə bildirib ki, Qəzza zolağının nə HƏMAS-ın, nə də Fələstin rəhbərliyinin nəzarətinə keçməsinə icazə verilməyəcək.

O, HƏMAS-ın Qəzza şəhərində və Xan Yunusun Mevasi bölgəsində olduğunu iddia edərək, orduya şəhərə və qaçqın düşərgələrinə quru qoşunların hücumu əmri verdiyini bildirib. Fələstinlilərin yenidən köçürüləcəyini vurğulayan Netanyahu, bu qərarın HƏMAS-ı “tamamilə məhv etmək” üçün alındığını deyib.

Uzunmüddətli işğal niyyətində olmadığını iddia edən Netanyahu, 22 aylıq intensiv hücumları “tez bitirməyin ən yaxşı yolu” kimi şəhərin işğalını göstərib. Planına Qəzza zolağının silahsızlaşdırılması, sərhəddə “təhlükəsizlik zonası” yaradılması və HƏMAS-sız, Fələstin rəhbərliyisiz mülki idarəetmə qurulması daxildir.

HƏMAS silahı təhvil verməzsə, hücumların davam edəcəyini bildirən Netanyahu, Qəzza zolağının 75%-nin artıq işğal edildiyini qeyd edib. Almaniya kansleri Fridrix Mersin silah ixracını dayandırma qərarını “təzyiq altında” aldığını söyləyərək, bundan geri dönəcəyinə ümid etdiyini vurğulayıb.

İsrail Baş nazirliyinin məlumatına görə, Netanyahu və Donald Tramp Qəzza şəhərinin işğalı qərarını, əsirlərin azad edilməsi və HƏMAS-ın məğlubiyyəti məsələlərini müzakirə ediblər. Netanyahu, hücumların əvvəlindən bəri İsrailə verdiyi “qəti dəstəyə” görə Trampa təşəkkür edib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir