İsrail Baş naziri Benyamin Netanyahu Türkiyə ilə münasibətləri “birgə yaşama modeli” üzərində qurduqlarını açıqlayıb. O, İsrail üçün təhlükəsizliyin prioritet olduğunu bildirib.

Netanyahu Türkiyənin Cənubi Suriyadakı hərəkətlərinə qarşı çıxdıqlarını və bölgəyə girişlərini dayandırdıqlarını deyib. Dialoq kanallarının açıq qaldığını və qarşıdurmanın hər iki tərəfin də maraqlarına zidd olduğunu vurğulayıb.

Baş nazir Türkiyənin hərbi inkişafının İsrailin müdafiəsinə təsir göstərə biləcəyini, lakin hərbi üstünlüyü qoruyacaqlarını əlavə edib. F-35 qırıcıları alma ehtimalını isə az görür.

ABŞ səfiri Tom Barrack isə iki ölkə arasında yaxın gələcəkdə qarşıdurma gözləmədiklərini və ticarət sahəsində razılıq imkanının olduğunu bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir