İsrailin baş naziri Benyamin Netanyahu “New York Times”-ın onlayn tədbirində İran, Qəzza və Abraham Sazişləri barədə açıqlamalar verib. Netanyahu bildirib ki, İran ekseninə qarşı mübarizədə uğur qazansalar da, işləri hələ bitməyib.Yenifikir.media bildirir ki, Netanyahu İsrail yalnız Hamasla deyil, Hizbullah, Suriya rejimi, İraqdakı milislər, Husilər və İranla da mübarizə aparır.Qəzza əməliyyatlarına toxunan Netanyahu, iki il ərzində 70 mindən çox Fələstinlinin öldüyünü xatırlatsa da, İsrailin “sivillərin həyatını önəmsədiyini” iddia edib. Atəşkəsin birinci mərhələsi başa çatıb və ikinci mərhələdə Hamasın silahsızlandırılması planlaşdırılır.Səudiyyə Ərəbistanın Fəilistin dövlətini Abraham Sazişlərinə qoşulmaq üçün şərt qoymasına münasibət bildirən Netanyahu, Fəilistin dövlətinə icazə verməyəcəklərini, amma sazişləri genişləndirməyin həm İsrail, həm də bölgə üçün faydalı olduğunu söyləyib.Netanyahu, daxildəki təzyiqlərə baxmayaraq hələ hərəkət etmədiklərini, siyasəti tərk etməyi zamanla yox, vəzifələrlə ölçdüyünü və xalqın dəstəyini əsas götürdüyünü qeyd edib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir