Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Neftçi” Peşəkar Futbol Klubu sosial məsuliyyət yönümlü maraqlı təşəbbüslə çıxış edib. Klub “Kəpəz”lə oyuna uşaqlar tərəfindən rənglənmiş nömrələrin yer aldığı xüsusi formalarda çıxıb.
Uşaqların iştirakı ilə hazırlanan bu formalar qarşılaşmadan sonra futbolçular tərəfindən imzalanacaq və MatchWornShirt platforması üzərindən hərraca çıxarılacaq. Hərracdan əldə ediləcək bütün gəlir “Ümid Yeri” Uşaq Sığınacağına ianə ediləcək.
Layihənin məqsədi cəmiyyətin diqqətini uşaq hüquqlarının müdafiəsinə yönəltmək, uşaqlarda sevgi və qayğı duyğusunu gücləndirməkdir. “Neftçi” klubunun bu addımı uşaq rifahı naminə atılan dəyərli təşəbbüs kimi qiymətləndirilir.
Uşaqların xoşbəxtliyi və gələcəyi üçün edilən hər bir iş əhəmiyyətlidir. “Neftçi”yə bu nəcib dəstəyinə görə təşəkkür olunur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

