8 Noyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər Gününün 5-ci ildönümünə və Bayraq Gününə həsr olunmuş dəyirmi masa formatında rəsmi yığıncaq keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Günay Ağamalı və Tənzilə Rüstəmxanlı, Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və incəsənət ustaları iştirak ediblər.

İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xatirə Kompleksini ziyarət edərək, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra ağacəkmə aksiyası təşkil olunub.

Neftçala Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən deputat Günay Ağamalı qeyd edib ki:

“8 Noyabr Zəfər Günü – xalqımızın birliyinin, dövlətçiliyimizin və milli ruhumuzun rəmzidir. Möhtərəm Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu tarixi Qələbə xalqımızın qürur salnaməsidir. Bu gün azad torpaqlarda həyata keçirilən bərpa və quruculuq işləri həmin zəfərin davamıdır.”

Dəyirmi Masada Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş olunub.

Daha sonra 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Vətən!” adlı bədii-musiqili tədbir keçirilib. Sənətçilərin ifasında vətənpərvərlik mahnıları ilə davam edən tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Zəfərimizin 5 ili Qürurumuzun, Birliyimizin, Dövlətçiliyimizin təntənəsidir!

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir