Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə göstərilən xidmətlərin həcmi artmağa davam edir. Yanvar–noyabr aylarında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə ümumilikdə 41.304 vətəndaş müraciət edib. Mərkəzlər tərəfindən vergi uçotu, bəyannamələr, cari ödənişlər və qanunvericiliklə bağlı sualları əhatə edən 56.016 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Hesabat dövründə göstərilən xidmətlərin 85 faizi cəmi 9 əsas xidmət növünün payına düşüb. Onlar arasında bəyannamələrin verilməsi, sadələşdirilmiş vergi və sosial sığorta ödənişlərinə dair qəbzlərin təqdim olunması, “Asan İmza” sertifikatlarının verilməsi, fiziki şəxslərin uçota alınması, uçot məlumatlarının dəyişdirilməsi və vergi ödəyicilərinin fəaliyyətinin bərpası kimi prosedurlar üstünlük təşkil edib. Həmçinin əmək müqavilələri üzrə elektron sistemdə aparılan əməliyyatlar da mühüm xidmət istiqamətlərindən olub.

Yanvar–noyabr aylarında vergi ödəyicilərinə ümumilikdə 666.980 informasiya xarakterli bildiriş göndərilib. Bu müddətdə vergi ödəyiciləri ilə 105 görüş, həmçinin 464 ünvanlı xidmət keçirilib.

“Asan İmza” ilə bağlı göstəricilərdə də artım qeydə alınıb: 3.396 müraciət əsasında 6.011 sertifikat verilib.

Nəticələr Naxçıvanda vergi xidmətlərinin əlçatanlığının və operativliyinin yüksəldiyini göstərir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir