Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ingilis dili təmayüllü Gimnaziyada şagirdlər üçün maarifləndirici tədbir keçirilib. Tədbir Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil olunub və əsas məqsəd vergi mədəniyyəti, insan hüquqları və vəzifələri barədə şagirdlərə fundamental biliklər çatdırmaq olub.Gimnaziyanın direktoru Nazim Rəhimov tədbirin şagirdlərin dünyagörüşünün formalaşmasında önəmli rol oynadığını qeyd edib. Dövlət Vergi Xidmətinin şöbə rəisi Zahid Qənbərov iqtisadi təhlükəsizlik, vergilərin mahiyyəti və növləri, həmçinin sosial-iqtisadi rifahın təminatında verginin rolu barədə məlumat verib.

Tədbir çərçivəsində “Konstitusiya və Suverenlik İli” mövzusunda viktorina keçirilib. Qalib şagird qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir