Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” mexanizmi uğurla tətbiq edilir. Mexanizm çərçivəsində pərakəndə ticarət, iaşə, teatr, film, muzey, simfonik konsert və tibbi xidmətlər üzrə ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.
Bu ilin yanvar-noyabr aylarında muxtar respublika üzrə istehlakçılara 1,6 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur. Layihənin icrası dövründə ümumilikdə 3,9 milyon manatdan artıq ƏDV geri ödənilib.
Yeni nəsil kassa aparatlarının istifadəsi hesablaşmaların şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə imkan yaradıb. 2025-ci ilin 11 ayında Naxçıvanda NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manatdan çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz çoxdur.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

