Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) işə başlayıb.Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkil etdiyi konfransda yerli və xarici ali təhsil müəssisələrindən alimlər, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.

Açılışdan əvvəl iştirakçılar Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsini yad ediblər.

ADNSU-nun rektoru Rüfət Əzizov NASCO XXVIII-də 609 iştirakçının və 600-dən çox elmi məqalənin qeydə alındığını bildirib. Konfransda 61 yerli və 11 xarici ali təhsil və elmi qurum təmsil olunur.

Elm və təhsil naziri Emin Əmrullayev elm və təhsilin strateji əhəmiyyətini vurğulayıb, yeni nəsil doktorantura proqramlarının tətbiqini diqqətə çatdırıb.

İki gün davam edəcək konfrans çərçivəsində elmi məruzələr və panel müzakirələr keçiriləcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir