“NARINC GƏNCƏ PSİXOLOGİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti çərçivəsində inzibati tədbir görülüb.32gun.az-ın əldə etdiyi məlumata görə, MMC-yə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbilə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qərar Operativ vergi nəzarəti üzrə tərtib olunmuş AKT əsasında qəbul olunub. Vergi orqanları tərəfindən bu cür sanksiyalar, əsasən, kassa aparatlarından istifadə qaydalarının pozulması, nağd hesablaşmaların qeyri-qanuni aparılması və digər oxşar hallarla əlaqədar tətbiq edilir.

Şirkətin qanuni təmsilçisi Narinc Rüstəmova Məsud qızıdır.

Qeyd edək ki, vergi nəzarəti tədbirləri sahibkarlıq subyektlərində şəffaf maliyyə əməliyyatlarının təmin olunması və vergidən yayınma hallarının qarşısının alınması məqsədi daşıyır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir