Bakıda burun əməliyyatından sonra komaya düşərək vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı həbs olunan lor-cərrah Sənan Mehdiyevin məhkəməsi başa çatıb.
Bu gün Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Solmaz Mustafayevanın sədrliyi ilə hökm oxunub.
Hökmə əsasən, Sənan Mehdiyev 2 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, ötən prosesdə prokuror onun 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.apa
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

