“Artıq verilən bəyanatlardan və siyasi-hərbi hərəkətlilikdən görünür ki, ABŞ-ın İrana hərbi müdaxiləsi an məsələsidir. Əlbəttdə, real siyasi mənzərə odur ki, rəsmi Vaşinqton hazırda özünü dünya siyasəti üçün əsas ağa rolunda görür və Yaxın Şərqdə özünün hegemonluğunu gücləndirmək üçün “İran planını” sürətlə reallaşdırmaqda israrlıdır. Bu isə o deməkdir ki, ABŞ Administrasiyası və İsrail razılaşdırdıqları plana əsasən bölgədə yeni siyasi xəritəni gerçəyə çevirmək üçün “yola çıxıblar”. Bu xəritə isə, İrandakı hazırkı siyasi sistemin çöküşündən sonra aktiv fazaya keçəcək”. Bu fikirləri “Yenifikir.media”ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, indi əsas məsələ İrana hərbi müdaxilə nəticəsində baş verəcək müharibənin plansız və dağıdıcı nəticələrə gətirib çıxarmamasıdır. “Əksinə, bu müharibə plansız baş verərsə və bölgədə xaos yaranarsa o zaman qaçqın ordusundan başlamış acınacaqlı sosial-iqtisadi vəziyyətə qədər dəhşətli fəlakətlər yaşanacaq. Suriya və digərlərindən fərqli olaraq İran Xəzər sahillərindədir və yaranacaq böhran daha dağıdıcı nəticələr yaradacaq. ABŞ Administrasiyası öz maraqlarını təmin etmək üçün sadaladığımız vacib məsələləri nəzərə alıb yoxsa yox, onu zaman göstərəcək. Trampın əli tətikdədir, amma təkcə İran üçün deyil, həm də bütün bölgə üçün…”

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir