“Qalatasaray”ın sabiq futbolçusu, hazırda İranın “Persepolis” klubunda çıxış edən Serge Aurierdə Hepatit B aşkarlanıb. Tibbi yoxlamadan sonra virus daşıyıcısı olduğu təsdiqlənən oyunçu İran Səhiyyə Nazirliyinin qərarı ilə karantinə alınıb və bütün futbol fəaliyyətlərindən kənarlaşdırılıb.
Yenifikir.media bildirir ki, mütəxəssislər onun təxminən 6 ay meydanlardan uzaq qalacağını bildiriblər. Bu səbəbdən futbolçunun müqaviləsinin ləğvi məsələsi də gündəmdədir.
Aurier iyun 2026-ya qədər “Persepolis”lə müqavilə imzalamışdı və İranın ən səs-küylü transferlərindən biri sayılırdı.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin