“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah-a Səudiyyə Ərəbistanından möhtəşəm transfer təklifi gəlib. Futbol eksperti Qreyem Beylinin məlumatına görə, Salaha illik 170 milyon avro maaş və əlavə 50 milyon avro gəlir təklif olunub.
Təklifə əsasən, futbolçu istədiyi klubda oynaya, Səudiyyə Ərəbistanının turizm elçisi kimi fəaliyyət göstərə və transferlərdə söz sahibi ola biləcək. Bundan əlavə, ona istədiyi ev və avtomobillər təqdim ediləcək.
33 yaşlı Məhəmməd Salah bu mövsüm “Liverpul” forması ilə 13 oyuna çıxaraq 4 qol vurub və 3 asist edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

