Türkiyənin tanınmış Zəlzələ mütəxəssisi Prof. Dr. Şener Üşümezsoy, “Adalar fayı qırılacaq” iddialarına qarşı çıxaraq əsas təhlükənin Marmara dənizinin cənubunda, Yalova açığında toplandığını bildirib.
Yenifikir.media bildirirk ki, Üşümezsoya görə, 1999-cu il Gölcük zəlzələsi Adalar fayındakı enerjini boşaldıb və indi risk Çınarcık–Esenköy–Bozburun xəttində cəmlənib.
Alim qeyd edib ki, qırılmış fayın yenidən qırılması üçün onun əvvəlcə bərpa olunması lazımdır. O, “Risk şimalda deyil, cənubdadır” deyərək diqqəti Yalova və ətraf ərazilərə yönəldib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

