Azərbaycanın qüdrətli sənətkarı Təyyar Bayramova ithaf olunur
Sədası Nəsiminin irfanıdır,
Sevdası Füzulinin fəğanıdır,
Avazı Qarabağın nalanıdır,
Şəhid oğlu, şəhid yavrusu Təyyar,
Səsi gövhər, muğam dəryası Təyyar.
Vətəninin sevimli övladıdır,
Musiqinin dağ yaran Fərhadıdır,
Almaxanım qızımın ustadıdır,
Bənzərsiz bir sənət dühası Təyyar,
Səsi gövhər, muğam dəryası Təyyar.
Üfüqlərdə eşidilər ifası,
Ərşə qalxar, baldan şirin nəvası,
Dünyası, eşq-məhəbbət dünyası,
Arzusu, haqq-ədalət arzusu,
Səsi gövhər, muğam dəryası Təyyar.
Mövsüm Əhməd
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin