Nyu-Yorkun yeni seçilmiş müsəlman meri Zohran Mamdaninin Porto-Rikoda keçirilən SOMOS zirvəsində çıxışı xeyli marağa səbəb olub.
Yenifikir.media bildirir ki,zirvə çərçivəsində cümə namazında iştirak edən Mamdani, çıxışında Peyğəmbər Məhəmmədin (s.ə.s.) kəlamına istinad edərək deyib:
“Asanlaşdırın, çətinləşdirməyin. Bu, həm cəmiyyətlər, həm də liderlər üçün yol göstərici olmalıdır.”
Qeyd edək ki,ABŞ-da aparılan son seçkilərdə Mamdani 50,4 faiz səs toplayaraq rəqiblərini geridə qoyub və Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşüb.
Hər il keçirilən SOMOS zirvəsi, Nyu-York ştatından siyasətçiləri və ictimaiyyət nümayəndələrini bir araya gətirərək miqrant hüquqları və sosial ədalət mövzularını müzakirə edir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

