Prezident İlham Əliyevin tapşırığı ilə müharibə nəticəsində əlilliyi yaranmış şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı işləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq 500-dən çox hərbçiyə 620-dək müasir protez verib. Bu protezlər onlara köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkət etməyə imkan verir.Dövlət başçısı bildirib ki, protezlər müntəzəm olaraq dəyişdirilməli və xidmət göstərilməlidir: “Biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.Qeyd olunur ki, əlillər yüksək texnologiyalı idman protezləri ilə də təmin olunur və bu, onların idman fəaliyyətində sərbəst hərəkət etməsinə şərait yaradır.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir