2025-ci ilin ilk on bir ayı ərzində DOST mərkəzləri vasitəsilə ölkə üzrə yüz minlərlə vətəndaşa sosial xidmətlər göstərilib. Yanvar–noyabr aylarını əhatə edən dövrdə ümumilikdə 811 min nəfər DOST mərkəzlərinin xidmətlərindən yararlanıb.DOST konsepsiyasının tətbiqinə başlanılan 2019-cu ilin may ayından etibarən sosial xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Hazırda respublika üzrə 7 DOST mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli rayonlarında DOST xidmət məntəqələri yaradılıb.
Beynəlxalq müstəvidə də müsbət qiymətləndirilən DOST modeli çərçivəsində vətəndaşlara dövlət sosial xidmətləri “bir pəncərə” prinsipi əsasında təqdim olunur. Xidmətlərin müasir, çevik və şəffaf mexanizmlərlə təşkili vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Rəsmi göstəricilərə əsasən, DOST mərkəzlərində təqdim olunan xidmətlər üzrə vətəndaş məmnunluğu səviyyəsi 98,7 faizə çatıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

