Xəbər verdiyimiz kimi Fənərbaxçanın baş məşqçisi Jose Mourinyo vəzifəsindən azad edilib. Baş məşqçinin komandadan uzaqlaşdırılmasının əsas səbəbi Çempionlar Liqasında Benfika qarşısında 1-0-lıq məğlubiyyət və klub Prezidenti Ali Koçla münasibətlərin tamamilə pozulması olub. Portuqaliyalı mütəxəssisə bu barədə klubun futbol direktoru Devin Özek məlumat verib və Mourinyoya məşqlərə çıxmama göstərişi verilib.
Yenifikir.media xəbər verir ki, Mourinyonun məğlubiyyətdən sonra “Bunların burda nə işi var” deməsi və transferlə bağlı tənqidləri səbrin daşmasına səbəb olub. Xüsusilə Kerem Aktürkoğlu üçün aparılan görüşlərdən sonra bu qərarın verildiyi bildirilib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin