Bu gün Fənərbaxça UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün həlledici oyunda Benfikanın qonağı olacaq. Qarşılaşma öncəsi Portuqaliya mətbuatına açıqlama verən baş məşqçi Joze Mourinyo klub rəhbərliyinə sərt mesaj göndərib. Yenifikir.media xəbər verir ki, Mourinyo rəhbərliyin Avropa arenasında uğur qazanmaq üçün kifayət qədər addım atmadığını da vurğulayıb: 

“Kərəm Aktürkoğlunun transferini istəmirəm, amma açıq danışsam, bu iki Benfika oyunu üçün mənə əlavə imkan yaratmaq baxımından klubun xüsusi bir səy göstərdiyini düşünmürəm. Əgər Çempionlar Liqası doğrudan da klub üçün həyati əhəmiyyət daşısaydı, Feyenord və Benfika ilə bağlı prosesdə müəyyən addımlar atılardı. İndi isə yenə Feyenord qarşısına çıxan eyni oyunçularla meydana çıxacağıq.”

Portuqaliyalı mütəxəssis fikirlərini belə davam etdirib:

“Bu mərhələ başa çatdıqdan sonra, istər Avropa Liqası, istərsə də Çempionlar Liqası olsun, UEFA siyahısı üçün dəqiq vaxt müəyyən ediləcək. O vaxta qədər hər hansı dəyişiklik baş verəcəkmi, açığını desəm, mən də bilmirəm.”

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir