“Qalatasaray”dan Portuqaliyanın “Benfika” klubuna transfer olunan Kərəm Aktürkoğlu ilə illik 5 milyon avro olmaqla, 3+1 illik müqavilə üzrə razılıq əldə edilib. “Fənərbaxça” klubu, eyni zamanda, futbolçunun keçidi ilə bağlı “Benfika” ilə razılaşmaq üçün danışıqlara başlayacaq.
Baş məşqçi Joze Mourinyo Kərəm Aktürkoğlunun Super Liqanı yaxşı tanımasını əsas gətirərək onun transferini dəstəklədiyini bildirib. Məlumata görə, klub rəsmisi Hakan Safi və futbol direktoru Devin Özek bu gün son detalları müzakirə etmək məqsədilə Portuqaliyaya səfər edəcəklər.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin