Mingəçevir Dövlət Universitetində (MDU) uzun müddət fasilədə qalan kampus tikintisi yenidən başlayıb. Bu gün kampus ərazisinə baxış keçirilib və layihənin rəsmi olaraq işə salındığı açıqlanıb.

7 hektarlıq ərazidə inşa ediləcək müasir kampus universitet kollektivinə və tələbələrə geniş imkanlar yaradacaq. Layihə çərçivəsində tədris binaları, konfrans zalı, kitabxana, oğlan və qız yataqxanaları, müəllimlər üçün studio tipli mənzillər, hotel, peşə məktəbi, açıq və qapalı idman zalları, müasir laboratoriyalar, biznes inkubasiya və startap mərkəzləri nəzərdə tutulur. Tələbələrin asudə vaxtını səmərəli keçirməsi üçün ayrıca guşələrin də yaradılması planlaşdırılır.

Layihə MDU-nun inkişafı və tələbələrin təhsil imkanlarının yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilir. Universitet rəhbərliyi bu dəstəyə görə ölkə Prezidentinə və Təhsil Nazirinə təşəkkürünü bildirib.

 

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir