2025-ci il 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda III Beynəlxalq Konfrans keçirib. Konfransın proqramına daxil olan 8 bölmə iclası hibrit formatda təşkil olunub.
Tədbirdə Azərbaycanın 24 ali təhsil və elmi-tədqiqat müəssisəsi ilə yanaşı, 19 ölkəni təmsil edən alim və tədqiqatçılar iştirak edib. Energetika, süni intellekt, iqtisadiyyat, yaşıl inkişaf, kibertəhlükəsizlik, innovasiya, təhsil və sosial elmlər sahəsində 600-dən çox elmi araşdırma təqdim olunub. Müzakirələrdə qlobal çağırışlar, “Azərbaycan 2030” prioritetləri, postmüharibə dövrünün inkişaf modeli, rəqəmsal transformasiya, yaşıl enerji və davamlı iqtisadiyyat mövzuları əhatə olunub.
Bölmə iclasları enerji səmərəliliyi və iqtisadi transformasiya, süni intellektin tətbiqi, innovasiya ekosisteminin inkişafı, kənd təsərrüfatında dayanıqlı idarəetmə, sosial rifah və insan kapitalının gücləndirilməsi, müasir təhsil strategiyaları kimi istiqamətləri əhatə edib. Bölmə rəhbərləri məruzələrin yüksək səviyyədə olduğunu qeyd edərək, konfransın beynəlxalq elmi inteqrasiyanın möhkəmləndirilməsi üçün mühüm platforma olduğunu vurğulayıblar.
Konfransın bağlanış mərasimi 8 dekabrda AzTU-da keçiriləcək, burada əldə olunan nəticələr, gələcək əməkdaşlıq perspektivləri və yekun qərarlar açıqlanacaq.








© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

