Samuxda Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirə muzeyinin açılışı olub.

Yenifikir.media APA-ya istinadən xəbər verir ki, Milli Qəhrəmanın doğum günü münasibətilə ailəsi onun xatirəsini əbədiləşdirimək üçün Samux rayonunun Alıuşağı kəndində yaşadığı evin həyətində muzey yaradıb.

Hökumə Əliyevanın yaxınları tərəfindən inşa edilən muzeydə onun həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, şəxsi əşyalar və digər yaddaş materialları sərgilənib

Ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayarkən həlak olan 38 nəfərin arasında pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva da olub.

Dekabrın 29-u isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər üç ekipaj üzvünə Milli Qəhrəman adı verilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir