“Milli parkları yaxından tanıyaq” devizi ilə 28 noyabr tarixində Şirvan, Qızılağac və Ağgöl milli parklarında növbəti “açıq qapı” günü təşkil olunacaq. Həmin gün hər üç milli parka giriş ödənişsiz olacaq və ziyarətçilər üçün müxtəlif maarifləndirici tədbirlər keçiriləcək.

Su-bataqlıq ekosistemlərinin qorunması, köçəri və oturaq quş növlərinin, eləcə də ceyranların mühafizəsi məqsədilə yaradılan bu milli parklar ölkəmizin ən zəngin ornitofaunasına malik əraziləri sırasındadır. Bu ərazilər qışlayan, köç edən və daimi məskunlaşan su-bataqlıq quşları üçün nadir sığınacaq rolunu oynayır.

“Açıq qapı” günü çərçivəsində ziyarətçilər milli parkların zəngin flora və faunası ilə yaxından tanış olacaq, quş müşahidə məntəqələrində nadir və nəsli kəsilməkdə olan quş növlərinin təbii mühitdə davranışlarını izləyə biləcəklər.

Bu milli parklarımızda “açıq qapı” gününün təşkil edilməsi su-bataqlıq ərazilərində yaşayan quş növlərini ziyarətçilərə daha yaxından tanıtmaq, ekosistemlərin qorunmasının vacibliyinə diqqət çəkmək və ölkəmizdə quşların müşahidəsi (birdwatching) turizminin inkişafına dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, həyata keçirilən tədbirlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində həyata keçirilən təşəbbüslərə töhfə kimi təşkil olunur.

Bütün təbiətsevərlərimizi milli parklarımıza dəvət edirik.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir