Azərbaycan Respublikasının Milli Məclisi “Tullantılar haqqında” Qanuna dəyişiklik edib. Qərar Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən qəbul olunub.Dəyişiklik 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanunun icrası ilə bağlıdır. Qanuna əsasən, “Tullantılar haqqında” Qanunun 12-2-ci maddəsinin ikinci hissəsinin birinci və üçüncü cümlələrində “dövlət” sözündən əvvəl “vahid” sözü əlavə olunur.Bu dəyişiklik tullantıların idarə olunması sahəsində vahid dövlət mexanizminin tətbiqini nəzərdə tutur.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

