Bildiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir. Azərbaycan–Türkmənistan arasında əməkdaşlığın gələcək perspektivləri nələrdir və bu səfər hansı yeni imkanlar aça bilər?

Bu barədə Yenifikir.media-ya danışan millət vəkili , iqtisadçı Vüqar Bayramov bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və Türkmənistanın Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biri olması mühüm amillərdəndir. Pandemiyadan sonrakı dövrdə tərəflər arasında ticarət dövriyyəsində ciddi artımlar qeydə alınıb. Doğrudur, 2024-cü ildə enerji qiymətləri və həcmi səbəbindən ticarət dövriyyəsinin əvvəlki ilə nisbətən azalması müşahidə edilsə də, ötən il dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb. Belə ki, ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105,1 milyon dollar, 2022-ci ildə 535,2 milyon dollar, 2023-cü ildə 773,9 milyon dollar, nəhayət 2024-cü ildə isə 383,7 milyon dollar olub.

2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. 2024-cü ildə isə həmin regionda 470,4 milyon dollarlıq idxal və ixracın qeydə alındığı Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə aparılıb. Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaş olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensiala malikdirlər.

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun bir müddət öncə Füzuli və Şuşaya səfərləri Türkmənistanın Qarabağ iqtisadiyyatının yenidən formalaşmasında və inkişafında yaxından iştirak etmək istəyindən xəbər verir. Milli Məclis sədrinin səfəri də münasibətlərə xüsusi töhfə verəcək. Bütövlükdə, son səfərlər iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir