Türkiyə millisinin sabiq hücumçusu, Mehmet Cemil Altınoğlunun oğlu Haluk Altın faciəli şəkildə qətlə yetirilib. Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Antalyanın Muratpaşa rayonundakı restoranın sahibi Haluk Altın, tanışı Ceyhun Bulutu gecə vaxtı olduğu üçün restorana buraxmayıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Ceyhun Bulut əvvəlcə ərazidən uzaqlaşıb, lakin bir qədər sonra geri qayıdaraq tapança ilə Haluk Altına atəş açıb. Qarın nahiyəsindən yaralanan Altın xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis tərəfindən saxlanılan Bulut ifadəsində “içəri buraxılmadığı üçün əsəbiləşdiyini” və cinayəti törətdiyini deyib. O, məhkəmənin qərarı ilə həbs edilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

