İtaliyanın Baş naziri Corcia Meloni bugün mətbuata bildirib ki, Fələstin dövlətinin tanınması iki şərtdən asılıdır:
Girovların azad olunması, Hamasın Fələstin hakimiyyətindən kənarlaşdırılması.
O vurğulayıb ki, suveren dövlət qurulmadan Fələstini tanımaq problemi həll etməyəcək və fələstinlilər üçün real nəticə verməyəcək.
Meloni əlavə edib ki, siyasi təzyiq Hamas-a yönəlməlidir, çünki müharibəni başlayan və girovları buraxmayan tərəf də odur.
Baş nazir həmçinin Avropanın Ukrayna məsələsində tərəddüd etmədiyini, ədalətli sülh üçün Qərbin birlikdə hərəkət etməli olduğunu söyləyib. O, ABŞ Prezidenti Donald Trampın miqrasiya, “Yaşıl razılaşma” və çoxtərəfli qurumların islahı ilə bağlı fikirlərinə də dəstək verdiyini açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

