İtaliyanın Baş naziri Corcia Meloni bugün mətbuata  bildirib ki, Fələstin dövlətinin tanınması iki şərtdən asılıdır:

Girovların azad olunması, Hamasın Fələstin hakimiyyətindən kənarlaşdırılması.

O vurğulayıb ki, suveren dövlət qurulmadan Fələstini tanımaq problemi həll etməyəcək və fələstinlilər üçün real nəticə verməyəcək.

Meloni əlavə edib ki, siyasi təzyiq Hamas-a yönəlməlidir, çünki müharibəni başlayan və girovları buraxmayan tərəf də odur.

Baş nazir həmçinin Avropanın Ukrayna məsələsində tərəddüd etmədiyini, ədalətli sülh üçün Qərbin birlikdə hərəkət etməli olduğunu söyləyib. O, ABŞ Prezidenti Donald Trampın miqrasiya, “Yaşıl razılaşma” və çoxtərəfli qurumların islahı ilə bağlı fikirlərinə də dəstək verdiyini açıqlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir